Əlinizdə tutduğunuz bu manifest uzun illər aparılan nəzəri araşdırmalar və bütün dünyada yeni nəfəs qazanmış sol feminist etirazlar nəticəsində ərsəyə gəlib. Müəlliflər Çinziya Arruzza, Tithi Bhattaçarya və Nensi Freyzer kapitalizm çərçivəsində sinif və gender, istehsal və sosial reproduksiya üzrə dərin araşdırmalar aparmış, həmçinin 2017-ci ildə ABŞ-da baş tutan qadın tətillərinin təşkilatçıları və iştirakçıları olmuşlar . Manifestin adı 2008 - ci il maliyyə böhranından sonra meydana gəlmiş "Occupy" hərəkatının "Biz 99 %-ik" şüarından götürülüb və əzilən , istismar olunan və haqları əlindən alınmış 99 % -in rifahını təmsil edən feminist hərəkatın on bir təməl tezisini təqdim edir.
Özünü "Kommunist Manifesti" nin xələfi elan edən bu əsər mövcud problemlərə radikal baxış təqdim edir. Daha çox gündəmdə olan liberal feminizmdən fərqli olaraq, yaşadığımız cəmiyyətin anatomiyasını ifşa edir və iddia edir ki, gender bərabərsizliyi və zülmü mövcud kapitalist istehsal münasibətlərinin və bu münasibətlər üzərində qurulmuş sosial - siyasi əlaqələrin tərkib hissəsidir. Yəni gender problemi mövcud iyerarxiyanın daha bir təzahürüdür və bu iyerarxiya məhv edilmədən gender zülmünə son qoyula bilməz. Manifestin on bir tezisdən təşkil olunması təsadüfi deyil. Karl Marksın 1845 - ci ildə yazdığı "Feyerbax haqqında tezislər” də on bir müddəadan ibarətdir. Burada sonuncu tezis filosofların vəzifəsinin təkcə dünyanı izah etmək yox , onu dəyişdirmək olduğunu irəli sürür. Hazırkı manifest bizə dünyanı dəyişdirmək üçün hansı addımları atmalı olduğumuzu demir, o yalnız ilk addımı atır - cəmiyyətimizin xəstəliklərinin diaqnozunu qoyur və digər anti kapitalist ictimai hərəkatlarla ittifaqın zəruriliyini vurğulayır. Növbəti addımları müəyyən etmək isə bizim vəzifəmizdir.