“Qızlar qapının kandarına toplaşdılar və Miss Brodi onlara qapı ilə üzbəüz divara sancaqla bərkidilmiş posteri göstərdi. Posterdə irisifət kişi rəsmi vardı və aşağısında bu sözlər qeyd edilmişdi:
“Təhlükəsizlik hər şeydən vacibdir.”
- Bu gördüyünüz adam Stenli Boldvindir, qızlar. O, bir vaxtlar Baş Nazir seçilmişdi, amma qısa müddətlik, - Miss Brodi izah etməyə başladı, - direktorumuz Miss Mekkey onun rəsmini hələ də divarda saxlayır, çünki “Təhlükəsizlik hər şeydən vacibdir” şüarına inanır. Amma təhlükəsizlik hər şeydən vacib deyil, Yaxşılıq, Həqiqət və Gözəllik, bax bunlar hər şeydən vacib olan. Arxamca gəlin.
Bu, qızlara Miss Brodinin digər müəllimlərdən fərqli olduğunu göstərən ilk hadisə idi. Bəziləri isə ilk dəfə onda dərk etdi ki, böyüklərin dünyasında kiplənib qalmış insanlar bir-birindən tamamilə fərqli ola bilərmişlər. Bunu qulaqlarına sırğa edən və şəxsən onlara heç bir zərər verməyəcək yeni qalmaqalın qoxusunu alan qızlar bu təhlükəli qadının arxasınca qarağacın sakit kölgəliyinə üz tutdular.”
Modern klassik ədəbiyyatın böyük qələmlərindən biri Muriel Spark oxucunu Edinburqun sirli küçələrinə və otuzuncu illərin ideoloji qarışıqlığına aparır.
Ənənələrə sadiqliyi ilə bilinən Marsiya Bleyn Qızlar məktəbinin yenilikçi müəllimi Miss Brodi 6 şagirdini digərlərindən ayırıb özünküləşdirir, amma şagirdlərinə aşıladığı fikirlərin onu hansı nöqtəyə gətirəcəyini heç kim təsəvvür edə bilməzdi.
Sujet xəttinə hər abzasda, cümlədə, sözdə xəyanət edən roman alışılmış nəqletmə üslublarını alt-üst edir.
“ölmədən öncə oxunulmalı 1001 kitabdan biri”
Times
“böyümək haqqında olan ən möhtəşəm kitablardan biri”
Guardian